Dünyanın ən xöşbəxt insanları bu ölkədə yaşayır

  • 20 Mart, 2019 11:15
Dünyanın ən xöşbəxt insanları bu ölkədə yaşayır

Dünya ölkələri əhalisinin xoşbəxtlik dərəcəsini ölçən “World Happines Report 2019” reytinqi açıqlanıb.

"Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, reytinqin hazırlanması zamanı adam başına düşən ÜDM-nin həcmi, gözlənilən həyat davamiyyəti, vətəndaş azadlıqları, təhlükəsizlik hissi və sabahki günə inam, ailə sabitliyi, məşğulluq zəmanətləri, korrupsiyanın səviyyəsi kimi bir sıra rifah göstəriciləri, həmçinin etimat səviyyəsi, comərdlik və səxavətlilik kimi dolayı göstəricilər nəzərə alınır. Qeyd olunan statistik məlumatlar və dolayı göstəricilərdən başqa tədqiqatın əhəmiyyətli hissəsini insanların yaşadıqları ölkələrdə özlərini nə dərəcədə xoşbəxt hiss etmələri barədə ictimai fikir sorğuları tutur.

Son reytinqə əsasən Azərbaycan 90-cı yerdə qərarlaşaraq, dünyanın ikinci iqtisadiyyatına malik Çini (93-cü yer), Bolqarıstanı (97), Ermənistanı (116), İranı (117), Gürcüstanı (119), Ukraynanı (133) geridə qoyub.

Beləliklə ən xöşbəxt ölkələr reytinqinin ilk onluğu aşağıdakı kimidir:

10. Avstriya - 7.246 bal

9. Kanada - 7.278

8. Yeni Zelandiya - 7.307

7. İsveç - 7.343

6. İsveçrə - 7.480

5. Niderland - 7.488

4. İslandiya - 7.494

3. Norveç - 7.554

2. Danimarka - 7.600

1. Finlandiya - 7.769