Dünyanın ən iri neft-servis şirkəti böyük məbləğdə - zərər edib

  • 24 İyul, 2020 16:23
Dünyanın ən iri neft-servis şirkəti böyük məbləğdə  - zərər edib

Dünyanın ən böyük neft sənayesi materiallarının və xidmətlərinin tədarükçüsü olan ABŞ-ın “Schlumberger” şirkəti cari ilin ilk yarısını 10,81 milyard ABŞ dolları həcmində zərərlə başa vurub.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət ötən ilin analoji dövrünü 923 milyon dollar mənfəətlə bitirib.

Qeyd edilir ki, 2020-ci ilin yanvar-iyun ayları ərzində şirkətin gəlirləri 12,811 milyard dollar olub. Bu, 2019-cu ilin eyni dövrünün nəticəsindən 21% azdır. İkinci rübdə gəlirlər ötən ilə nisbətən 35% azalıb. Şimali Amerika ərazisində görülən işlərdən gəlirlər aprel-iyun aylarında illik ifadədə 58%, xarici bazarlarda - 24% azalıb.