Dünyanın ən böyük fondu 113 milyard dollar itirib

  • 3 Aprel, 2020 13:50
Dünyanın ən böyük fondu 113 milyard dollar itirib

Dünyanın ən böyük müstəqil ehtiyat fondu olan Norveç Pensiya Fondu koronavirus pandemiyası fonunda ilk dəfə rekord miqdarda 113 milyard ABŞ dolları itirib. Bu barədə "Bloomberg" məlumat verib.

"Finans.az" bildirir ki, hökumət təcili olaraq böhran əleyhinə tədbirlərin görülməsi üçünbunu etməyə məcbur olub. Fondun aktivlərinin ümumi dəyəri 14,6%, səhmlərə qoyulan investisiyalar 21,1% azalıb, istiqrazlara qoyulan investisiyalar isə cəmi 1,3% gəlir gətirib. Koronavirusun yaşatdığı qlobal tənəzzül səbəbindən hökumət büdcə kəsirini ödəmək üçün xərcləri artırmaq qərarına gəlib.

Qeyd edək ki, fevral ayında fondun mənfəəti 19,9% artaraq 180 milyard dollara çatıb.


Aynurə Niyazqızı



Mənbə: lenta.ru