Dünyanın ən bahalı şəhərləri hansılardı?

  • 20 Mart, 2019 13:30
Dünyanın ən bahalı şəhərləri hansılardı?

"Economist Intelligence Unit" analitik jurnalı dünyanın ən bahalı şəhərlərinin siyahısını hazırlayıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, hesabata əsasən dünyanın ən bahalı şəhəri Paris olub. İlk üçlüyü müvafiq olaraq Honq-Konq və Sinqapur tamamlayır.

Keçən il 1314-cü sıralarda olan Nyu-York və Los-Anceles şəhərləri son hesabatda 7-ci və 10-cu sıraya yüksəliblər.

Hesabat müəllifləri dünyanın ən ucuz şəhərlərini də müəyyən ediblər. Bunlar Karakas, Dəməşq və Daşkəndir.

Qeyd edək ki, hesabat dünyanın 133 şəhəri üzrə hazırlanıb.