Dünyanın ən bahalı fintex startaplarından biri 80 milyon dollar - cəlb edib

  • 27 İyul, 2020 12:38
Dünyanın ən bahalı fintex startaplarından biri 80 milyon dollar - cəlb edib

Böyük Britaniyanın fintex startapı “Revolut” 80 mln. ABŞ dolları həcmində investisiya cəlb etdi.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu raund, şirkətin cəlb etdiyi vəsaitlərin ümumi həcmini 580 milyon dollara kimi artırdı. Startapın qiymətləndirməsi 5,5 milyard dollar səviyyəsində qalıb.

Qeyd edilir ki, “Revolut” dünyanın ən bahalı fintex startaplarından biridir. O, tətbiq vasitəsilə istifadəçilərə hesablaşmalar, əmanətlər, əməkhaqqı, multivalyuta əməliyyatları, büdcənin planlaşdırılması üzrə xidmətlər təklif edir. Hazırda bu xidmətlərdən 12 milyon istifadəçi yararlanır.