Dünyanın bu məşhur şirkətləri işçilərindən diplom tələb etmir - SİYAHI

  • 4 Fevral, 2019 15:35
Dünyanın bu məşhur şirkətləri işçilərindən diplom tələb etmir - SİYAHI

Hazırda dünyada mövcud iş bazarı əksər işaxtaranlar üçün ümidvericidir.

Belə ki, analitiklər ali təhsil diplomu olmayan mütəxəssislər üçün bu bazarda daha çox iş fürsəti olması fikirlərini irəli sürürlər. Ən məşhur iş elanı üzrə ixtisaslaşmış veb-saytlar artıq universitet diplomu olması tələbini şərt kimi irəli sürməyən şirkətlərin sayının artdığını, bu şirkətlərin əsasən daha çox bir çox bacarığa malik işçiləri cəlb etdiyini qeyd edirlər. Məsələn: İBM şirkətində çalışanların 15%-inin universitet diplomu yoxdur. Onlar universitet bitirmiş işçiləri axtarmaq əvəzinə, sənaye, kodlaşdırma sahəsində bacarıqlara malik şəxslər axtarırlar.

Bunun digər isbatı isə dünyanın məşhur “Google”, “Apple” kimi məşhur şirkətlərinin işçiləri sırasında universitet diplomu olmayan şəxslərin sayını artmasıdır.

Beləliklə, “Finans.az” işçilərinə universitet diplomu olması tələbini qoymayan dünyanın məşhur şirkətlərini təqdim edir.

14. Lowe's

13. Chipotle

12. IBM

11. Bank of America

10. Whole Foods

9. Publix

8. Hilton

7. Nordstrom

6. Home Depot

5. Starbucks

4. Costco Wholesale

3. Apple

2. Penguin Random House

1. Google