Dünyanın aparıcı investisiya bankları ötən il gəlirlərini rekord səviyyədə artırıb

  • 5 Mart, 2021 11:09
Dünyanın aparıcı investisiya bankları ötən il gəlirlərini rekord səviyyədə artırıb

Dünyanın ən böyük 12 investisiya bankının ("Goldman Sachs Group", "JPMorgan Chase & Co.", "Citigroup Inc.", "Bank of America Corp.", "Morgan Stanley", "Deutsche Bank", "Barclays", "Credit Suisse", UBS, "HSBC Bank Plc", "BNP Paribas", "Societe Generale") gəlirləri 2020-ci ildə 28% artıb. Bu, son 10 ildə qeydə alınan ən yüksək artım səviyyəsidir.

"Finans.az"ın "Coalition" analitik şirkətinin araşdırmasına istinadən verdiyi məlumata görə, 2020-ci ildə sözügedən bankların gəlirləri 194,2 mlrd. ABŞ dollarına çatıb. İnvestisiya banklarının kapitallarının orta gəlirliyi (ROE) 5,7 faiz bəndi artaraq 13,2%-dək artıb. Bu göstərici son 5 ilin ən yüksək göstəricisi kimi qeydə alınıb.

"Coalition" qeyd edir ki, aparıcı investisiya banklarının ştatı 2020-ci ildə 1% civarında azalıb.


Mənbə: apa.az