Dünya iqtisadiyyatının artım proqnozu aşağı endirilib

  • 22 Noyabr, 2018 13:41
Dünya iqtisadiyyatının artım proqnozu aşağı endirilib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünya iqtisadiyyatında artımın azalaraq növbəti ildə 3,5%-ə geriləyəcəyini proqnozlaşdırıb.

"Finans.az" xəbər verir ki, bu barədə OECD-nin 2018-ci il üzrə "Economic Outlook" hesabatının ikinci nəşrində qeyd olunub. Hesabata əsasən 2018-ci il üzrə iqtisadi artım proqnozu 3,7% olaraq saxlanılıb, 2019-cu il üzrə isə 0,2% azaldılaraq 3,5% proqnozlaşdırılıb. 2020-ci il üzrə iqtisadi artım proqnozu isə 3,5% müəyyən olunub.