Dünya birjasında neft ucuzlaşıb

  • 24 Aprel, 2019 08:42
Dünya birjasında neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,39 dollar və ya 0,59% azalaraq 65,91 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,41 dollar və ya 0,55% azalaraq 74,10 dollar təşkil edib.