Dünya birjalarında neft qiymətləri fərqli istiqamətdə dəyişib

  • 9 iyul, 2021 08:14
Dünya birjalarında neft qiymətləri fərqli istiqamətdə dəyişib

Dünya birjalarında Brent neftinin qiyməti azalıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,07 ABŞ dolları və ya 0,10% artaraq 73,01 dollar təşkil edib.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,02 dollar və ya 0,03% azalaraq 74,10 dollar təşkil edib.