Dünya birjalarında neft cüzi ucuzlaşıb

  • 16 Mart, 2019 09:58
Dünya birjalarında neft cüzi ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,09 dollar və ya 0,15% azalaraq 58,52 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,07 dollar və ya 0,10% azalaraq 67,16 dollar təşkil edib.