Dünya birjalarında neft bahalaşıb

  • 8 İyul, 2019 09:09
Dünya birjalarında neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,08 dollar və ya 0,14% bahalaşaraq 57,59 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,04 dollar və ya 0,06% artaraq 64,27 dollar təşkil edib.