Dünya Bankı proqnozunu dəyişdi: neft daha ucuz olacaq

  • 9 Yanvar, 2019 08:58
Dünya Bankı proqnozunu dəyişdi: neft daha ucuz olacaq

Dünya Bankı (DB) 2019-2020-ci illərdə neftin bir barelinin orta qiyməti ilə bağlı proqnozunu 2 dollar aşağı salaraq 67 dollar səviyyəsində müəyyən edib.

“Finans.az” xəbər verir ki, bu barədə bankın yanvar ayı ərzində dünya iqtisadiyyatının perspektivlərinə dair müvafiq hesabatında deyilir.

"2019-2020-ci illərdə neftin bir barelinin qiyməti 67 dollar səviyyəsində gözlənilir ki, bu da iyun ayında proqnozlaşdırılandan 2 dollar aşağıdır", - deyə hesabatda qeyd olunub.

Eyni zamanda bildirilir ki, proqnozun qeyri-müəyyənliyi "çox yüksəkdir".


Mənbə: report.az