Dünya Bankı bu ölkəyə koronavirusla mübarizə üçün 1 milyard dollar ayıracaq

  • 3 Aprel, 2020 10:15
Dünya Bankı bu ölkəyə koronavirusla mübarizə üçün 1 milyard dollar ayıracaq

Dünya Bankı koronavirus pandemiyasına qarşı mübarizə üçün Hindistana 1 milyard ABŞ dolları həcmində fövqəladə maliyyə yardımı edəcək.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, ayrılan vəsait koronavirusun skrininqinin yaxşılaşdırılmasına, həkim və tibbi personalın dəstəklənməsinə, tibbi ləvazimatların tədarükçilərinə və tədqiqatçı tibbi müəssisələrə gedəcək. Bundan başqa pullar infeksiyaya yoluxanlara və risk qrupunda olanlara da yönəldiləcək.

Xatərladaq ki, Hindistanda 2 min nəfər koronavirusa yoluxub, 53 nəfər həyatını itirib.