Dünya Bankı Azərbaycan ixracının gələn il 1,6% artacağını proqnozlaşdırır

  • 13 Oktyabr, 2020 12:11
Dünya Bankı Azərbaycan ixracının gələn il 1,6% artacağını proqnozlaşdırır

Dünya Bankı 2021-ci ildə Azərbaycanın mal və xidmət ixracının 1,6%, idxalının isə 1,5% artacağını proqnozlaşdırır.

"Finans.az"ın məlumatına görə, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yenilənmiş hesabatında deyilir.

Qeyd olunub ki, COVID-19 pandemiyası fonunda 2020-ci ildə ölkədə mal və xidmət ixracının 6,4%, idxalının isə 10,5% azalacağı gözlənilir. 2022-ci il üzrə proqnoz müvafiq olaraq 2,1% və 1,7% artımla verilib.

Xatırladaq ki, Dünya Bankının məlumatına əsasən, 2019-cu il ərzində Azərbaycanda mal və xidmət ixracı 1,5%, idxalı isə 2,2% artıb.


Mənbə: apa.az