Dubayda dünyanın ilk üzən supermarketini açdılar

  • 6 Dekabr, 2018 09:24
Dubayda dünyanın ilk üzən supermarketini açdılar

Dubayın (BƏƏ) dəniz kənarında Cümeyrə rayonunda dünyanın ilk üzən supermarketi açılıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, həftədə altı gün 10.00-dan 18.00-a kimi “Aqua Pod” bərəsinin üzərində olan “Carrefour Bites and More” brendi altındakı mağaza sifarişləri qəbul edib, alış-verişlərləri yaxtalara və seçilmiş çimərliklərə çatdıracaq.

Kiçik və mobil üzən vasitə sahibləri isə özləri supermarketdə alış-veriş edə bilərlər. Burada söyuq və isti qəlyanaltılar, dondurmalar, sərinləşdirici içkilər, əczaşılıq məhsulları da daxil olmaqla 300 adda məhsul təqdim olunur.

Ətraf mühitə zərəri minimuma endirmək üçün “Aqua Pod” platforması akumulyator enerjisaxlayıcılar ilə işləyən mühərriklə təchiz olunub.