"Dropbox" proqnozu aşağı endirdi, səhmləri ucuzlaşdı

  • 22 Fevral, 2019 10:20

İstifadəçilərə bulud serverlərdə öz məlumatlarını saxlamağa və onları internetdə başqa istifadəçilərlə bölüşməyə imkan yaradan "Dropbox" cari rübdə gəlir marjasının azalacağını proqnozlaşdırıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, bununla da şirkətin səhmləri birjada 11%yər itirib.

Belə ki, "Dropbox" ötən ilin ilk rübündə 10,9% olan gəlir marjasının cari rübdə 7-8%-ə enəcəyini bildirib. Gəlirlərinin isə 379-382 milyon dollar çərçivəsində olacağı gözlənilir. Qeyd edək ki, gəlirlə bağlı analitiklərin proqnozu 377 milyon dollardır.

San-Fransisko mərkəzli şirkətin səhmləri bu il ərzində 25% bahalaşsa da, bu xəbərdən sonra 10,5% ucuzlaşaraq 22,90 dollara düşüb.