Dövlətə aid şüşə istehsalçısının nizamnamə kapitalı artırılıb

  • 16 iyun, 2021 10:45
Dövlətə aid şüşə istehsalçısının nizamnamə kapitalı artırılıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Şüşə” MMC-nin nizamnamə kapitalı 750 170 manat və yaxud 2,2% artırılıb.

"Finans.az" xəbər verir ki, şirkətin kapitalı 34 677 494 manatdan 35 427 664 manata çatdırılıb.

Xatırladaq ki, “ASK Şüşə” Bakının Qaradağ rayonunda fəaliyyət göstərən və kredit əvəzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə girov qoyulmuş “Inter Glass” ASC-nin bazasında 2017-ci ildə yaradılıb.


Mənbə: report.az