Dövlət xətti ilə ipoteka kreditləşməsi 7% artıb

  • 3 May, 2019 17:55
Dövlət xətti ilə ipoteka kreditləşməsi 7% artıb

Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 52,7 milyon manat ipoteka krediti verilib.

“Finans.az” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur.

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 35,6% artaraq 70,9 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərinin məbləği isə 42,9% azalaraq 20 milyon manata düşüb.

Ötən ilin I rübündə İKZF-ə dövlət büdcəsindən 50 milyon manat ayrılsa da, bu ilin I rübündə Fond büdcədən vəsait almayıb.


Mənbə: report.az