Dövlət Turizm Agentliyi Cənubi Koreyada nümayəndəlik açmağı planlaşdırır

  • 4 İyun, 2019 11:28
Dövlət Turizm Agentliyi Cənubi Koreyada nümayəndəlik açmağı planlaşdırır

Azərbaycan Dövlət Turizm Agentliyinin Cənubi Koreyada nümayəndəliyi açıla bilər.

“Finans.az” xəbər verir ki, bunu Agentliyin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Agentliyin əməkdaşları Cənubi Koreyadadırlar: “Yəqin ki, yaxın zamada Agentliyin Cənubi Koreyada nümayəndəliyi açılacaq”.

O bildirib ki, bu bazar Azərbaycan üçün prioritetdir: “Azərbaycanda olan mədəni irs Asiyadan olan turistlər üçün çox maraqlıdır”.


Mənbə: report.az