Dövlət Turizm Agentliyi məsləhətçi axtarır

  • 24 İyun, 2019 09:10
Dövlət Turizm Agentliyi məsləhətçi axtarır

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi mehmanxana, restoran və şərab istehsalı və satışı obyektlərində biznesin düzgün idarə olunması və heyətin peşəkarlığının artırılması üçün məsləhət xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.

"Finans.az" xəbər verir ki, kotirovka sorğusunda yüksək keyfiyyətli məsləhət xidmətlərini həyata keçirən rezident və ya qeyri-rezident hüquqi şəxslər iştirak edə bilərlər. Kotirovka təklifi 5 iyul 2019-cu il saat 18.00-a qədər Bakı,Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbəyə Dövlət Turizm Agentliyinə təqdim olunmalıdır (əlaqə telefonları- 505 87 04 (əlavə 2303), faks- 492 05 92).

Zərflərin açılışı 8 iyul 2019-cu il saat 11.00- da eyni ünvanda keçiriləcək.