Dövlət Turizm Agentliyi koronovirusla bağlı tədbirlər görür

  • 27 Fevral, 2020 11:19
Dövlət Turizm Agentliyi koronovirusla bağlı tədbirlər görür

"Dövlət Turizm Agentliyi Çində yayılmış koronavirusun Azərbaycanın turizm sektoruna təsirini azaltmaq məqsədi ilə alternativ planlar hazırlayıb".

“Finans.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında agentliyin mətbuat katibi Kənan Quluzadə deyib.

"Koronavirus təbii ki, turizm bazarımıza mənfi təsir edəcək. Amma bu təsirin hansı həcmdə olacağını demək çətindir. Bir müddət əvvəl İranda, dünən isə Gürcüstanda yoluxma halları aşkar olundu. Bütün bunları nəzərə almışıq və alternativ planlarımız var. Çin bazarı ilə bağlı da planımız var idi. Virus yayıldıqdan sonra artıq digər bazarlara diqqəti artırmağa başladıq", - o bildirib.


Mənbə: report.az