Dövlət büdcəsində 957 milyon manat qalıq yaranıb

  • 18 Dekabr, 2019 09:55
Dövlət büdcəsində 957 milyon manat qalıq yaranıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 21 132,2 milyon manat, xərcləri isə 20 175,3 milyon manat təşkil edib.

"Finans.az" xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6%2,6% çoxdur.

Son nəticədə büdcədə 956,9 milyon manatlıq qalıq yaranıb.