Dövlət büdcəsində 418 milyon manat qalıq yaranıb

  • 17 Fevral, 2020 18:09
Dövlət büdcəsində 418 milyon manat qalıq yaranıb

Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1 821 milyon manat, xərcləri isə 1 402,9 milyon manat təşkil edib.

"Finans.az" xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,7% az və 9,9% çoxdur.

Son nəticədə büdcədə 418,1 milyon manatlıq qalıq yaranıb.


Mənbə: report.az