Dövlət başçısı “Azərxalça”nın Tovuz filialının fəaliyyəti ilə tanış olub

  • 4 Mart, 2020 13:01
Dövlət başçısı “Azərxalça”nın Tovuz filialının fəaliyyəti ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub.

"Finans.az" xəbər verir ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.