Dövlət Avtomobil Nəqliyyatı Xidməti tender elan edir

  • 11 Yanvar, 2019 13:38
Dövlət Avtomobil Nəqliyyatı Xidməti tender elan edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti açıq tender elan edir.

"Finans.az" xəbər verir ki, tender sözügedən qurum tərəfindən 2019-cu ildə xarici ölkələrin yükdaşıyıcıları üçün “İcazə” blankları, yerli yükdaşıyıcılar üçün NNAK kitabçaları, “kvota” icazələri və sadələşdirilmiş vergi ödəyiciləri (daşıyıcılar) üçün “Fərqlənmə nişanları”, “Xüsusi fərqlənmə nişanlarının” və sair çap işlərinin satınalınması məqsədilə keçirilir.

Tender təklifi və tender təklifinin təminatını (1 nüsxə əsli, 2 nüsxə surəti olmaqla) müvafiq qaydada möhürlənmiş ikiqat zərflərdə 21 fevral 2019-cu il saat 17.00-a qədər (Bakı şəhəri, Nərimanov rayonu, tarzən Hacı Məmmədov küçəsi 5 nömrəli ünvanda yerləşən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (ümumi şöbəyə) təqdim etməlidirlər.

Tender prosedurunun tarixi – tender proseduru 22 fevral 2019-cu il saat 11.00- da Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin iclas zalında (üyni ünvanda) açılacaq.

Tenderdə iştirak haqqı 200 manatdır.