Nazirliyə məxsus şirkətə yeni rəhbər təyin olundu

  • 9 Avqust, 2019 15:38
Nazirliyə məxsus şirkətə yeni rəhbər təyin olundu

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-yə rəhbərlik qurumun Tədarük və təchizat departamentinin direktoru Rəşad Kərimova həvalə olunub.

“Finans.az” xəbər verir ki, o, yeni vəzifəsində bir qədər əvvəl Nazirliyə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri təyin edilmiş Leyla Məmmədovanı əvəz edib.


Mənbə: report.az