Fermerlər yarmarkalarda iştirak üçün qeydiyyat necə keçməlidirlər?

  • 3 İyun, 2019 13:02
Fermerlər yarmarkalarda iştirak üçün qeydiyyat necə keçməlidirlər?

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC fermerlərə müraciət edib.

“Finans.az” xəbər verir ki, "Dövlət Aqrar Ticarət Şirkəti"nin rəhbəri Leyla Məmmədova bildirib ki, şirkət yerli istehsalçıları Azərbaycanın regionlarında keçirilən yarmarkalarda özünün istehsal etdiyi məhsullarla iştirak etməyə çağırıb.

O bildirib ki, bu yarmarkalarda iştirak etməkdə maraqlı olan fermerlər bölgələrdəki Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.

O qeyd edib ki, yarmarkada iştirak etmək istəyən fermerlər "Dövlət Aqrar Ticarət Şirkəti"nin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.


Mənbə: report.az