Dollara tələb yüksək olub - HƏRRAC

  • 6 Aprel, 2021 12:36
Dollara tələb yüksək olub - HƏRRAC

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Finans.az” bu barədə AMB-yə istinadən xəbər verir.

Qeyd edək ki, ABŞ dollarına tələb aprelin 1-nə nisbətən 5 milyon ABŞ dolları və ya 7,22 % artaraq 74,3 milyon ABŞ dolları təşkil edib və tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Xatırladaq ki, ABŞ dollarına tələb aprelin 1-də əvvəlki hərraca nisbətən 11,4 milyon ABŞ dolları və ya 14,13 % azalaraq 69,3 milyon ABŞ dolları olub.