Dollara tələb daha da azalıb

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
“Finans.az” bu barədə AMB-yə istinadən xəbər verir.
Qeyd edək ki, ABŞ dollarına tələb iyulun 6-na nisbətən 9,8 milyon ABŞ dolları və ya 17,8 % azalaraq 45,3 milyon ABŞ dolları təşkil edib və tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
Xatırladaq ki, ABŞ dollarına tələb iyunun 6-da əvvəlki hərraca nisbətən 10,7 milyon ABŞ dolları və ya 16,3 % azalaraq 55,1 milyon ABŞ dolları olub.