Dollara tələb artıb - HƏRRAC

  • 4 may, 2021 12:50
Dollara tələb artıb - HƏRRAC

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Finans.az” bu barədə AMB-yə istinadən xəbər verir.

Qeyd edək ki, ABŞ dollarına tələb aprelin 29-na nisbətən 11,3 milyon ABŞ dolları və ya 22 % artaraq 62,7 milyon ABŞ dolları təşkil edib və tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Xatırladaq ki, ABŞ dollarına tələb aprelin 29-da əvvəlki hərraca nisbətən 8,9 milyon ABŞ dolları və ya 14,8 % azalaraq 51,4 milyon ABŞ dolları olub.