"Dollar 7 lirəyədək bahalaşacaq" - RƏY

  • 7 May, 2019 11:35

"Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbuldakı seçki nəticələrini ləğv etməsi Türkiyə iqtisadiyyatına təsirsiz ötüşməyəcək".

"Finans.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov şəxsi "facebook" hesabında yazıb. Ekspertin sözlərinə görə, Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmaların davam edəcəyi proqnozlaşdırılır.

İqtisadçı-ekspert Vüqar Bayramov

Seçki tərəfləri arasındakı münasibətlər gərginləşərsə, bu halda yaxın zamanlarda Türkiyə pulu “1 dollar 7 lirə” məzənnəsinədək ucuzlaşa bilər. Gözlənilir ki, son qərardan sonra qardaş ölkədə dollara tələb kəskin artacaq. Yalnız investorlar deyil, eyni zamanda əhalinin də xarici valyuta alışının çoxalacağı gözlənilir. Son qərar valyuta bazarına həmçinin psixoloji təsir göstərir ki, bu da lirəni ucuzlaşdırır.​