DMX rəisinin 166 minlik xidməti avtomobil alması xəbərinə - MÜNASİBƏT

  • 8 İyul, 2019 14:04
DMX rəisinin 166 minlik xidməti avtomobil alması xəbərinə - MÜNASİBƏT

Dövlət Miqrasiya Xidməti (DMX) Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynova 166 min manatlıq xidməti avtomobil alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Finans.az" xəbər verir ki, DMX-nin İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərli "Report"un sorğusuna cavab olaraq bildirib ki, xidmət rəisi Vüsal Hüseynovun bahalı avtomobil alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Dövlət Miqrasiya Xidmətinin rəisinin xidməti avtomobili 13 il əvvəl alınıb, 3 il əvvəl isə istismar müddəti bitib. Amma buna baxmayaraq, hələ ki, yeni avtomobil alınmayıb”.

Qeyd edək ki, ötən ayın 28-də xidməti avtomobilin alınması ilə bağlı tender müqaviləsinin nəticələri açıqlanmışdı.

Büdcə təşkilatı 166 minlik xidməti avtomobil aldı

Sosial şəbəkələrdə isə DMX rəisi Vüsal Hüseynovun “BMW“ markalı xidməti avtomobil alması ilə bağlı məlumatlar yayılıb.

Eyni zamanda, iyunun 28-də dövlətin rəsmi mətbuat orqanı olan “Respublika” qəzetində Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun minik avtomobilinin satınalınması üzrə iyunun 7-də keçirilən tenderin nəticəsi dərc olunub. Elanda qeyd olunub ki, açıq tenderin nəticələrinə əsasən, “İMPROTEX MOTORS” MMC-nin qalib müəyyən edilib və müvafiq satınalma müqavilələri bağlanılıb.