“Disney” şirkəti “21st Century Fox”un aktivlərini aldı - 71,3 milyard ödənib

  • 20 Mart, 2019 13:49
“Disney” şirkəti “21st Century Fox”un aktivlərini aldı   - 71,3 milyard ödənib

“Walt Disney Company” 71,3 milyard dollara “21st Century Fox” holdinqinin aktivlərinin əhəmiyyətli hissəsinin alınmasına dair sövdələşməni bağladı.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, razılaşmaya əsasən “Disney” şirkəti “21st Century Fox”un kino-telestudiyasın, bir sıra məhşur franşizanın, o cümlədən “X-men”, “Avatar” və “The Simpsons”ın hüquqlarını, həmçinin Fox teleşəbəkəsinin bir sıra kabel kanallarını, o cümlədən "National Geographic"i, “Hulu” striminq servisində pay alıb.