Diqqət: Sumqayıtın bəzi qəsəbələrində su kəsiləcək

  • 4 Noyabr, 2019 10:05
Diqqət: Sumqayıtın bəzi qəsəbələrində su kəsiləcək

Bu gün Sumqayıt şəhərinin bəzi qəsəbələri və yaşayış massivlərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

“Finans.az” “Azərsu” ASC-yə istinadən xəbər verir ki, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 2019-cu ilin noyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.