DİQQƏT: Qatarlara sürət məhdudiyyəti qoyuldu

  • 9 Avqust, 2019 10:28
DİQQƏT: Qatarlara sürət məhdudiyyəti qoyuldu

Azərbaycandakı kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

"Finans.az" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ləngimələrin yaranmasına səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların hərəkətinə sürət məhdudiyyətinin qoyulmasıdır.