DİQQƏT: Paytaxtın bu yollarda rənglənmə işləri aparılacaq

  • 8 Avqust, 2019 16:44
DİQQƏT: Paytaxtın bu yollarda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhərinin Məmməd Araz və Nəsib bəy Yusifbəyli küçələrində 8 avqust tarixində saat 22:00-dan başlayaraq səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə "Finans.az"a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib.

Agentlik bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.