Diqqət! Bu yolda rənglənmə işləri aparılacaq

  • 2 Sentyabr, 2019 16:26
Diqqət! Bu yolda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Binəqədi rayonu, 20 Yanvar küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

"Finans.az" xəbər veri ki, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin məlumatında deyilir.

Bu səbəbdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.