Diqqət: Bu küçələrdə rəngləmə işləri aparılacaq

  • 5 Avqust, 2019 16:40
Diqqət: Bu küçələrdə rəngləmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 5 avqust tarixində saat 22:00-dan səhər saatlarınadək Əsəd Əhmədov və Xiyabani küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə "Finans.az"a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlıumat verilib.

Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur