DİQQƏT: Bakının bu qəsəbələrində qaz kəsiləcək

  • 3 Sentyabr, 2019 10:24
DİQQƏT: Bakının bu qəsəbələrində qaz kəsiləcək

Bu gün Bakının bəzi ərazilərində təbii qazın təchizatında məhdudiyyətlər yaranıb.

Bu barədə “Finans.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu gün ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı saat 11:00-dan 12:00-dək Binə kəndində, saat 12:00-dan 13:00-dək Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisi və saat 14:00-dan 16:00-dək Hövsan qəsəbəsi və kəndində qaz təchizatı dayandırılacaq.