DİQQƏT: Bakı-Sumqayıt və Bakı-Sabunçu qatarlarının hərəkət cədvəli dəyişdirilir

  • 11 İyul, 2019 13:21
DİQQƏT: Bakı-Sumqayıt və Bakı-Sabunçu qatarlarının hərəkət cədvəli dəyişdirilir

"Azərbaycan Dəmiryolları" QSC iyulun 12-dən Bakı-Sumqayıt-Bakı və Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkət cədvəllərində dəyişiklik edəcək.

Bu barədə "Finans.az"a QSC-dən bildirilib.

"İstehsalat zərurəti ilə əlaqədar olaraq, hərəkət qrafikini sərnişin sıxlığına uyğanlışdırılması məqsədilə 12.07.2019-cu il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı və Bakı-Sabunçu- Bakı elektrik qatarlarının hərəkət cədvəllərində dəyişiklik ediləcək",- məlumatda qeyd edilib.