DİQQƏT: "Azercell"in xidmətlərində çətinliklər yaranacaq

  • 4 İyul, 2019 10:00
DİQQƏT:

"Azercell Telekom" MMC-nin 05.07.2019-cu il tarixində gecə saatlarında bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

"Finans.az" xəbər verir ki, şirkətdən verilən məlumata görə, çətinliklər göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar olacaq. Təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra bütün xidmətlərin tam normal əsaslarla fəaliyyət göstəriləməsi imkanı təmin ediləcək.