DİN texniki baxışla bağlı "qaynar xətt" yaratdı

  • 15 aprel, 2021 09:58
DİN texniki baxışla bağlı

Daxili İşlər Nazirliyi (DİN) ölkədə nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı qaynar xətt yaradıb.

"Finans.az" xəbər verir ki, DİN-dən verilən məlumata görə, 012 511 08 40 nömrəli qaynar xətt sürücülərin bu məsələ ilə bağlı suallarını cavablandırmaq üçündür:

"Məqsəd sürücülərə idarə etdikləri nəqliyyat vasitələri, onların texniki baxışdan keçməsi müddətinin vaxtı, ödənilməyən cərimə borclarının olub-olmaması və sairə məsələlər barədə məlumatların vaxtında verilməsidir. İstənilən sürücü bu nömrəyə zəng vurmaqla lazım olan məlumatları ala bilər".


Mənbə: az.trend.az