Gömrük 5 ayda büdcəyə ödənişləri 31% artırıb

  • 10 İyun, 2019 13:33
Gömrük 5 ayda büdcəyə ödənişləri 31% artırıb

Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə büdcəyə 1733,497 mln. ödəniş daxil olub.

"Finans.az" komitəyə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 407,861 mln. manat və yaxud 30,8% çoxdur.

2019-cu ilin yanvar-may ayları ərzində büdcəyə daxil olan gömrük rüsumlarının məbləği ötən illə müqayisədə 62,465 mln. manat və yaxud 18,3% artaraq 403,939 mln. manat, ƏDV üzrə daxilolmaların məbləği 284,57 mln. manat və yaxud 31,2% artaraq 1 196,512 mln. manat, aksizlər üzrə daxilolmaların məbləği 57,278 mln. manat və yaxud 2 dəfə artaraq 116,205 mln. manat, yol vergisi üzrə daxilolmaların məbləği isə 2,48 mln. manat və yaxud 17,8% artaraq 16,842 mln. manat olub.