“Deutsche Bank”ın səhmlərinin dəyəri tarixi minimuma düşüb

  • 21 Noyabr, 2018 09:29
“Deutsche Bank”ın səhmlərinin dəyəri tarixi minimuma düşüb

Almaniyanın ən iri bankı olan “Deutsche Bank”ın səhmləri 4,2% ucuzlaşaraq bütün ticarət tarixi dövründə ən aşağı səviyyəyə düşüb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bankın qiymətli kağızları bir səhm üçün 8,17 avroya düşüb ki, bunun da əsas səbəblərindən biri onun “Danske Bank” vasitəsilə çirkli pulların yuyulmasında mümkün iştirakı barədə bəyanatlar olub.

Belə ki, daxili təhqiqat nəticəsində 2007-2015-ci illər ərzində alman bankının “Danske Bank”la bağlı olan toplam olaraq 150 milyard ABŞ dolları həcmində vəsaiti köçürdüyü göstərib.