Dəmir yolunda sərnişin daşımaları 35,5% artıb

  • 31 Yanvar, 2020 15:15
Dəmir yolunda sərnişin daşımaları 35,5% artıb

“Azərbaycan Dəmir Yolları” QSC təsərrüfat faəliyyətinin effektivlik göstəricilərini açıqlayıb.

"Finans.az" xəbər verir ki, göstəricilərə əsasən, 2019-cu ilin dördüncü rübündə sərnişin daşımalarının həcmi (1,3 mln. nəfər) ötən rüblə müqayisədə 34% artıb.

Ötən il ADY 3 mln. 850 min sərnişinə xidmət göstərib, bu da 2018-ci ildən təxminən 1 mln. nəfər yaxud 35,5% çoxdur. Sərnişin daşımalarının 68,5%-i şəhərətrafı xətlərinin payına (Bakı-Sumqayıt, Bakı-Pirşağı və s.) düşüb.


Mənbə: turan.az