“Dəmir Bank”da pulu qalanlara - MÜRACİƏT

  • 15 Yanvar, 2020 15:44
“Dəmir Bank”da pulu qalanlara - MÜRACİƏT

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dəmir Bank” ASC-nin kreditorlarına müraciət edib.

“Finans.az” xəbər verir ki, müraciətdə növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin ödənilməsinə yanvarın 23-dən başlanılacağı deyilir.

Ödəniş nağdsız qaydada həyata keçiriləcək. Kreditorlardan Fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etmələri xahiş olunur.