Daşınmaz əmlakın sığortasına maraq niyə azdır? - RƏY

  • 9 Oktyabr, 2019 12:49
Daşınmaz əmlakın sığortasına maraq niyə azdır? - RƏY

"Daşınmaz əmlakın icbari sığortası ilə bağlı problemlər qalmaqda davam edir".

"Finans.az" xəbər verir ki, bunu sığorta bazarı üzrə ekspert İlkin İbrahimov deyib. Ekspert bildirib ki, fevral ayında baş vermiş zəlzələ və "Diqlas" ticarət mərkəzində yanğından sonra Prezidentin etdiyi sosial jestdən sonra (4 milyon manat pul ayrılması) əmlak sığortasında yığımlar fantastik artmalı idi: "Lakin artım elə 4 milyon oldu. Çünki işlər düzgün qurulmadı. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və iki sığorta şirkəti iş adamlarının maarifləndirilməsi ilə bağlı görüşlərdə iştirakçı və təbliğatçı rolunda çıxış etdilər. Həmin sığorta şirkətləri isə ən sadə avtonəqliyyat hadisələrinin tənzimlənməsində problemlər yaşayan şirkət kimi tanınır. Bu da iş adamlarında sığortaya etibarı azaldır".

İ. İbrahimovun sözlərinə görə ki, maarifləndirmə tədbirlərinə müstəqil ekspertlərin cəlbi daha məqsədəuyğun olardı: "Palata və ASA isə bu tədbirlərin keçirilməsinə informasiya və təşkilati dəstək göstərə bilərdi".

Ekspert əlavə edib ki, "X Lady" və "Laləndər" əmlak yanğınları ilə bağlı aylardır sığorta şirkəti ilə yazışmalar davam edir:

Sığorta bazarı üzrə ekspert İlkin İbrahimov

Yəni, problem həm də ödəniş məsələsindədir. Ödənişlər daha tez həll edilməlidir ki, vətəndaşlar da ödənişə baxıb sığortaya gəlsin. Hesab edirəm ki, Palata məktublara 30 günlük cavab vermək hüququnu bir az yumşaltmalıdır.