Daşınmaz əmlaka investisiyalar ikinci rübdə 40%-ə yaxın azalıb - Avropada

  • 27 İyul, 2020 11:42
Daşınmaz əmlaka investisiyalar ikinci rübdə 40%-ə yaxın azalıb - Avropada

Cari ilin ikinci rübündə Avropada daşınmaz əmlaka investisiyalar 43 milyard avro təşkil edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrünün göstəricisindən 39% azdır.

Qeyd edilir ki, koronavirus pandemiyasının fəsadları ilə əlaqədar olaraq ikinci rübdə əhəmiyyətli azalma olsa da, birinci rübdə rekord həddə yüksək səviyyə qeyd alınıb. Nəticədə ilk yarımildə cəb edilən investisiyaların həcmi 129 milyard olub ki, bu da bir il öncəki göstəricidən 2% çoxdur.