DANX: Azərbaycanda şəhərlərarası avtobuslar saat 20:00-dək işləyəcək

  • 28 Sentyabr, 2020 12:12
DANX: Azərbaycanda şəhərlərarası avtobuslar saat 20:00-dək işləyəcək

Azərbaycanda komendant saatı səbəbindən şəhərlərarası avtobusların hərəkəti bu gündən etibarən saat 6:00-dan 20:00-dək təşkil ediləcək.

"Finans.az"ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, qərar həm regionlar, həm də Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslara aiddir.

"Səbəb ondan ibarətdir ki, ictimai nəqliyyat sürücülərinin idarə etdikləri avtobusları qaraja qoyduqdan sonra evlərinə qayıtmalarına vaxt tələb olunur", - deyə N. Allahyarova bildirib.


Mənbə: apa.az